Gəncədə 8-ci sinif şagirdi nişanlanıb

Gəncədə 8-ci sinif şagirdi nişanlanıb.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Paylaşımda qeyd edib ki, 14 yaşlı qız 23 yaşında oğlanla nişanlanıb.Yaxınlarda isə toyu olacaq.

Məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb. Sözügedən şəxlərin valideynləri polis idarəsinə dəvət olunub, onlarla profilaktiki söhbət aparılıb, qanunun tələbləri izah olunub və erkən nikahın məsuliyyəti barədə məlumat verilib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.