Gəncədə ikinci orta məktəb Covid-19 infeksiyası səbəbəindən bağlanıb

Gəncədə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəb koronavirus infeksiyası səbəbindən distant təhsilə keçib.

Bu barədə Gəncə şəhər Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, sözügedən təhsil ocağında 1 müəllim və 1 texniki işçidə COVİD-19 virusu aşkar edilib.

Bu səbəbdən məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.

Xatırladaq ki, Gəncədə bundan əvvəl 37 nömrəli tam orta məktəb koronavirus infeksiyasına görə onlayn tədrisə keçmişdi. Artıq məktəbdə bu gündən əyani təhsil bərpa edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiyanın Türkiyədəki səfirini öldürən şəxslərə hökm oxundu –

Sonrakı məqalə

Azərbaycan vətəndaşı olan 194 azyaşlı uşaq İraqdan ölkəmizə gətirilib –