Gəncədə şəhid ailələrinin və qazilərin müraciətləri dinlənilib

Gəncədə növbəti dəfə şəhid ailələrinin və qazilərin müraciətləri dinlənilib. Görüş, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə baş tutub.

Şəhər icra hakimiyyətindən bölgə müxbirinə verilən məlumata görə, fərdi qaydada keçirilən qəbulda şəhid ailələri və qazilərin, o cümlədən müharibə iştirakçılarının müraciətləri tək-tək dinlənilib. Müraciətlər əsasən maddi yardımın, müalicə üçün köməkliyin göstərilməsi, fərdi yaşayış evinin inşası üçün torpaq sahəsinin ayrılması, həmçinin təhsil, səhiyyə və digər sosial müdafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda orta məktəbdən oğurluq olub

Sonrakı məqalə

Zakir Həsənov İranın müdafiə naziri ilə görüşüb