Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Gənclər arasında intellektual yarışın qalibləri bəlli oldu

User 01 Mart 2023 - 14:44 (Last updated: 21 May 2025 - 20:15)
yaris

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Öyrədərək Öyrənirik” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “İntellekt marafonu” layihəsi çərçivəsində keçirilən intellektual turnir başa çatıb. Tədbirdə Fondun baş mütəxəssisi Zaur Osmanov da iştirak edib.
Qazax Gənclər Evində reallaşan bilik yarışının finalında 4 komandanın heyətində 20 gənc mübarizə aparıb. Bu mərhələdə 24 sual səsləndirilib.

Yekun nəticələrinə əsasən, ən çox suala düzgün cavab verən Bakı Dövlət Universitetinin Qazax filialının “Serafino” komandası intellektual turnirin qalibi olub. Həmin ali məktəbin “Hürufilər” komandası II yeri tutub. Qazax rayon Daş Salahlı kənd A.Əmilov adına 1 saylı tam orta məktəbin “Viktoriya” komandası isə III yerin sahibi olub.

Qalib “Serafino” komandasına kubok və qiymətli hədiyyələr (“Redmi Airdots 3” qulaqlıqları) təqdim olunub. İlk 3 yeri tutan komandaların üzvləri həmçinin müvafiq diplom və medallarla da təltif olunublar.

Qeyd edək ki, layihənin icrasına 20 dekabr 2022-ci ildə başlanılıb və 20 mart 2023-cü il tarixdə yekunlaşacaq. Layihə çərçivəsində 20,21,22 və 23 fevral tarixlərində qrup oyunları, 27 fevral tarixində isə yarımfinla yarışları keçirilmişdir. İntellektual turnirdə ümumilikdə 37 komandadan 185 nəfər gənc iştirak edib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyi və “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi layihənin tərəfdaşları qismində çıxış edib.

Post navigation

Previous: “Bu millət mayın 14-də lazım olanı edəcək”
Next: Ölkə yollarında avtoqəzalar ən çox harada və nə vaxt baş verir? –

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.