“Bu millət mayın 14-də lazım olanı edəcək”- Türkiyə Milli Risk Qalxanı Modeli yaradır (VİDEO)

“Bunu yaxşı bilin ki, bu millət mayın 14-də lazım olanı edəcək, inşallah”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin bugünkü qrup toplantısında deyib.

Ərdoğanın bu açıqlaması o deməkdir ki, Türkiyədə mayın 14-nə təyin edilən prezident seçkiləri təxirə salənmayacaq.

“Nöqsanlarımızı demək, halalıq istəmək səmimiyyətimizin, millətimizlə olan sevgimizin ifadəsidir. Zəlzələ baş verdiyi andan biz heç bir səriştəsizə cavab verməyə çalışmadıq. Biz can, onlar mal hayındadırlar. Önümüzdəki günlərdə yaraları sarımağa davam edəcəyik. Biz Türkiyənin Milli Risk Qalxanı Modelini yaratmağı planlaşdırırıq və ilk iclası cümə günü keçirəcəyik. Zəlzələdən sonra şəhərlərin tez bərpasına kömək etmək üçün Fəlakət Yenidənqurma Fondu yaradılacaq”, – Ərdoğan qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

İntim videosu yayılan futbolçu –

Sonrakı məqalə

Gənclər arasında intellektual yarışın qalibləri bəlli oldu