Ölkə yollarında avtoqəzalar ən çox harada və nə vaxt baş verir? –İNFOQRAFİKA/RƏQƏMLƏR

Bakı Araşdırmalar İnstitutu 2022-ci ildə Azərbaycan yollarında baş vermiş avtomobil qəzalarının statistik məlumatlarını hazırlayıb. 

Azpost.info bildirir ki, Dövlət Statistika Komitəsinin məlumatları əsasında hazırlanan infoqrafikada qəzaların baş vermə vaxtları, təlafat və digər məqamlar əks edilib.

Ekspert Samir Əliyevin sözlərinə görə, avtomobil qəzalarının başvermə vaxtını, xarakterini təhlil etməyə böyük ehtiyac var.

“Bu məlumatları təhlil edərkən görmək olur ki, alatoran vaxtı sutkanın az bir hissəsini təşkil etsə də, ancaq ölkədə olan hər 6-cı avtomobil qəzası həmin vaxta təsadüf edir. Və yaxud orta hesabla hər 3 qəzanın 1-i həftəsonunda baş verir. Əslində avtomobil qəzalarının başvermə vaxtını, xarakterini təhlil etməyə böyük ehtiyac var. Məsələn, hansı ay daha çox qəza olur?  Günün hansı hissəsində qəza baş verir? Daha çox kim qəza edir: kişi yoxsa qadın? Bütün bunlar analiz edilməli məsələlərdir”.

Onun sözlərinə görə, adətən ən çox qəza dekabr, ən az isə aprel ayında olur.

Əvvəlki məqalə

Gənclər arasında intellektual yarışın qalibləri bəlli oldu

Sonrakı məqalə

“Zəif sütunlar, keyfiyyətsiz beton, dəniz qumu, hamar dəmirlər…”