“G20 sammitində Blinkenin Lavrovla hər hansı təması planlaşdırılmır”- Ned Prays

ABŞ dövlət katibi Entoni Blinken İndoneziyada keçiriləcək G20 sammitində Rusiya nümayəndə heyətinin rəhbəri, xarici işlər naziri Sergey Lavrovla hər hansı qarşılıqlı əlaqəni planlaşdırmır.

Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays deyib.

“Hazırda bizim bu istiqamətdə hər hansı planımız yoxdur”, – Prays bildirib.

Prays iyulda keçirilən G20 nazirlərinin görüşü zamanı Rusiyanın özünü təcrid vəziyyətinə saldığını və Lavrovun onunla masa arxasında əyləşən həmkarlarından qınaq və tənqid eşitdiyini xatırladıb: “Ölkəsini təmsil edəcək xarici işlər naziri Lavrovun buna bənzər bir şey eşidəcəyini ehtimal edirəm. Dünya ölkələri Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləməkdə davam edirlər”.

Azpost.info

Əvvəlki məqalə

ABŞ Ukraynaya hərbi yardımı müzakirə edəcək

Sonrakı məqalə

Rəşad Dağlının qətl törətməsinin səbəbi məlum olub –