“G7 Çini “təhlükə” adlandırmaqla beynəlxalq hüququ pozub”- XİN rəsmisi

“G7 ölkələri beynəlxalq hüququ pozaraq Çini təhlükə adlandırmaqla dünya ictimaiyyətini aldada bilməyəcəklər”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyin “Tviter” hesabında yazıb.

Onun sözlərinə görə, Çin qlobal iqtisadiyyatın aparıcı mühərrikidir və bütün G7 ölkələrindən daha yüksək artıma səbəb olur.

“Bəzi G7 üzvləri Çini qlobal təhlükəsizlik və rifah üçün ən böyük təhlükə adlandırır. Ciddisiz?”, – Hua Çunyin qeyd edib.

XİN rəsmisi həmçinin qeyd edib ki, Çin 140-dan çox ölkə üçün əsas ticarət tərəfdaşıdır və BMT-nin sülhməramlı əməliyyatlarına ən böyük töhfə verən ikinci ölkədir.

“Dünya ictimaiyyətini aldatmaq olmaz”, – o bildirib.

Azpost.info

 

Əvvəlki məqalə

“İlham Əliyev heç bədbəxt avropalıları Qarabağa buraxmadı, kim ora gedər?” –

Sonrakı məqalə

6 nömrəli uşaq musiqi məktəbində “Heydər Əliyev ili” ilə bağlı tədbir keçirilib