6 nömrəli uşaq musiqi məktəbində “Heydər Əliyev ili” ilə bağlı tədbir keçirilib-FOTO

6 nömrəli Uşaq Musiqi Məktəbində ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

Musiqi məktəbinin fortepiano şöbəsinin müəllimi tədbirin təşkilatçısı Şəbnəm Qasımzadə sinif konsertin “Heydər Əliyev ili” çərçivəsində keçirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. O qeyd edib ki, Ulu öndər respublikamıza rəhbərlik etdiyi hər iki dönəmdə Azərbaycan musiqisinin, incəsənətinin inkişafı üçün əlindən gələni əsirgəməyib.

Ş.Qasımzadə bildirib ki, Heydər Əliyevin apardığı uğurlu siyasəti onun layiqli davamçısı cənab prezident İlham Əliyev davam etdirir. Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləri sayəsində Azərbaycan musiqisi müasir dövrdə daha da inkşaf etmiş, digər ölkələr tərəfindən musiqimizə maraq xüsusilə artmışdır. Azərbaycanın 44 günlük tarixi zəfərindən sonra mədəniyyət paytaxtımız Şuşada Xarıbülbül musiqi festivallarının keçirilməsi və dünyanın əksər ölkələrindən tanınmış musiqi adamlarının iştirakı da həm yeni reallıqların nümayişi həm də musiqi sərvətimizin tanıdılması baxımdan əhəmiyyət kəsb edir.

Tədbirin aparıcısı Mümtaz Xəlilzadə ümummilli lider Heydər Əliyevin 100 illik  müasibətilə keçirilən sinif konsertində musiqi sənətimizdə gələcəkdə öz layiqli yerlərini tutacaq gənc ifaçıların iştirak etdiyini bildirdi. Bu tipli tədbirlərin gənc istedadların üzə çıxarılmasına öz töhfəsini vercəyini bildirib və çıxışçıları təqdim edib.

İlham Kərimli və Röya, Ü.Hacıbəyovun – Uzundərə rəqsini, Eray Bağırzadə -A.Qedike rəqsini, Aylin Cəfərquliyeva – Ləzginka rəqsini, Ayan Əliyeva Şmit Miki mausu, Emil Qasımov – Jakorviçin  Köhnə rəqsini ifa ediblər.

Sürəyya İsmayılova “Pachelbel Canonda”,  Xaqan Həsənov  Dmitri Şestekoviçin “Şarmanka”sını, Dünya Rəhimova Andrey ŞuvalovUN “Sirk atı”nı, Zeynəb Bağırzadə “Mayer Siqan” xalq mahnısını, skripkada Yelizaveta Valentinovna, İradə İsmayılzadə  Alerin “Vals Myuzet”nı, Hüsniyyə İsmayılova “Cerni e tut”ı, İlay Cəbrayıllı  Şoppen “Vals”ını, Dünya Rəhimova “Çirkli kamerlin” rəqsini, Xədicə Məhərrəmova “Sarı gəlin” xalq mahnısını, Səbinə Məmmədli Skot Japin “The enter tayner”i, Ayla Kərimova çex xalq mahnısını, Şükran Abbasova isə Yevqeni Qrinkonun “Vals”ını ifa ediblər.

Sonra Şahin Yahyazadə və Şəbnəm Qasımzadənin müşayəti ilə respublika və Beynəlxalq müsabiqələr Laueratı Emin İsmayılov Müslüm Maqomayevin “Azərbaycan” mahnısını ifa edib.

Tədbirə yekun vuran məktəbin direktoru  pianoçu, bəstəkar Sevda Rəhimova bildirib ki, “Heydər Əliyev ili” çərçivəsində məktəbdə keçirilən sislsilə tədbirlər yeniyetmələrin gələcək inkişafında böyük rol oynayacaq.

Əvvəlki məqalə

“G7 Çini “təhlükə” adlandırmaqla beynəlxalq hüququ pozub”

Sonrakı məqalə

“O hadisədən sonra narkotikə qurşandım, peşimanam” –