G7-nin maliyyə nazirləri bu gün Ukraynaya dəstəyi müzakirə edəcək

G7 ölkələrinin maliyyə nazirləri və mərkəzi banklarının rəhbərləri bu gün onlayn danışıqlar aparacaqlar.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” agentliyi iclasa sədrlik edən yaponiyalı nazir Şuniçi Suzukiyə istinadən yazıb.

Suzukinin sözlərinə görə, müzakirə ediləcək məsələlər arasında Ukraynaya dəstək də olacaq.

Nazir gündəlikdə başqa müzakirə mövzularının da olduğunu deyib. O, təfərrüatları açıqlamayıb.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.