G7 ölkələrinin XİN rəhbərləri təcili iclas keçirəcək –Ukrayna ilə bağlı

G7 ölkələrinin xarici işlər nazirləri Rusiyanın Ukraynaya müdaxiləsi təhlükəsi ilə bağlı təcili iclas keçirəcək.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Yaponiyanın “Kyodo” agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, XİN rəhbərlərinin görüşü Rusiyanın Ukraynaya yeni müdaxiləsi ehtimalı ilə bağlı artan qorxu fonunda baş tutacaq: “Danışıqlar cümə günü başlayacaq və üç gün davam edəcək Münhen Təhlükəsizlik Konfransı çərçivəsində aparılacaq”.
G7-yə ABŞ, Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və Avropa İttifaqı daxildir.
Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Zelenskinin reytinqi 25 faiz artıb –

Sonrakı məqalə

Hərbi hissələrdə qəfil döyüşə hazırlıq yoxlanılıb –