Zelenskinin reytinqi 25 faiz artıb –SORĞU

Ukrayna vətəndaşlarının dörddə birindən çoxu ölkənin hazırkı prezidenti Vladimir Zelenskinin seçkilərdə namizədliyini dəstəkləməyə hazırdır.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun keçirdiyi sorğunun nəticələri göstərir.
Araşdırmaya görə, fevralın əvvəlinə hazırkı dövlət başçısının seçki reytinqi 25,1 faizi ötüb. Onun ən yaxın rəqibi, keçmiş prezident və Avropa Həmrəyliyi Partiyasının lideri Pyotr Poroşenko əhalinin 21,8 faizinin dəstəyinə sahibdir.
Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun populyarlığı 11,8 faiz, “Həyat Naminə” partiyasının rəhbəri Yuri Boykonun populyarlığı 8,3 faiz arasında dəyişir.
Sorğu ukraynalıların Ali Radanın eks-spikeri Dmitri Razumkova rəğbətini də üzə çıxarıb. Seçkilərdə vətəndaşların 7,2 faizi onu dəstəkləməyi düşünür.
Respondentlərin 10,9 faizi prinsipial olaraq seçkiyə getməyəcəyini bildirib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mövlud Çavuşoğlunun Azərbaycana səfəri təxirə salınıb

Sonrakı məqalə

G7 ölkələrinin XİN rəhbərləri təcili iclas keçirəcək –