G7 sammitinin əsas mövzusu Ukraynaya dəstək olacaq

Böyük Britaniyanın Baş naziri Rişi Sunak “Böyük Yeddilik” (G7) ölkələrinin Xirosimada keçiriləcək sammitində Ukraynaya yardımın aktivləşdirilməsi ilə bağlı məsələləri qaldıracaq.

Bu barədə Baş nazirin ofisinin yaydığı məlumatda deyilir.

“G7 sammitində R.Sunak beynəlxalq fəaliyyəti gücləndirmək və Ukrayna hərbi əməliyyatların eskalasiyasına hazırlaşdığı bir vaxtda ona dəstəyi artırmaq üçün səy göstərəcək”, – məlumatda bildirilir.

Qeyd edək ki, Yaponiyanın bu il sədrlik etdiyi G7 sammiti mayın 19-dan 21-dək Xirosimada keçiriləcək.

Əvvəlki məqalə

Zelenski Roma Papası ilə görüşdü

Sonrakı məqalə

Zəlzələ bölgəsində səsvermə üçün konteynerlər qoyulub