Zəlzələ bölgəsində səsvermə üçün konteynerlər qoyulub

Türkiyənin Ali Seçki Şurası (YSK) ölkənin zəlzələdən zərər görən bölgələrində prezident və parlament seçkilərində səsvermə ilə bağlı bir sıra tədbirlər görüb.

“Anadolu” agentliyi xəbər verir ki, zəlzələ bölgəsində bəzi hissələrdə seçki məntəqələri konteynerlərdə təşkil edilib.

Məlumata görə, bölgədə zəlzələ zamanı dağılmayan və əvvəllər seçki məntəqəsi qurulan məktəblərdə əvvəlkitək səsvermə prosesi təşkil edilib. Uçan və zərər görən məktəblərin əvəzinə isə konteynerlərdə seçki mənətəqəsi qurulub.

Xatırladaq ki, bu gün Türkiyədə prezident və parlament seçkiləri keçirilir.

Əvvəlki məqalə

G7 sammitinin əsas mövzusu Ukraynaya dəstək olacaq

Sonrakı məqalə

“Namizədlər siyahısında dəyişiklik edilməyib” –