G7 XİN rəhbərləri toplaşdı- Sanksiyalarla bağlı razılığa gəldi

Ukrayna ilə bağlı keçirilən görüşdə G7-nin xarici işlər nazirləri Kiyevə dəstəyi davam etdirmək, həmçinin anti-Rusiya sanksiyalarını saxlamaq barədə razılığa gəliblər.

Azpost.info xəbər verir ki, iclas Yaponiyada ölkənin xarici işlər naziri Yoşimasa Hayasinin sədrliyi ilə keçirilib.

G7 təsdiq edib ki, Rusiyaya qarşı sərt sanksiyaları davam etdirəcək, həmçinin Ukraynaya güclü dəstək veriləcək.

Həmçinin XİN rəhbərləri anti-Rusiya sanksiyalarından yayınmağa qarşı mübarizəni davam etdirməyə, üçüncü dövlətlər tərəfindən Rusiyaya silah tədarükünə qarşı mübarizəyə dair razılığa gəliblər.

Hayasi vurğulayıb ki, inkişaf etməkdə olan və Moskvaya qarşı sanksiya siyasətinə qoşulmayıb neytral mövqe tutan dövlətlərlə əməkdaşlığı gücləndirmək çox vacibdir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.