General Hikmət Həsənovun Hərbi Akademiyada işlədiyi məlum oldu –FOTO

Bu gün Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil üzrə ekspertlərin işçi görüşü keçirilib.

Azpost.info bildirir ki, bu görüşlə bağlı yayılan fotoda istefaya göndərilmiş general-mayor Hikmət Həsənov əks edilib.

Hikmət Həsənov Birinci Ordu korpusunun komandiri olub. Vətən müharibəsindən sonra H.Həsənovun adı “Tərtər işi” ilə bağlı hallandırılıb. Generala qarşı KİV-də bir sıra ittihamlar səslənib.

Ötən il onun korpus komandiri vəzifəsindən çıxarıldığı barədə məlumatlar yayılsa da Müdafiə Nazirliyi heç bir rəsmi açıqlama verməyib. Daha sonra sosial şəbəkədə H.Həsənovun zirehli maşınının minaya düşdüyü barədə fotolar  yayıldı.
KİV-lərin yazdığı məlumata görə, general Hərbi Akademiyada işləyir. Amma bu rəsmən açıqlanmayıb.

Bu şəkil son bir ildə general Hikmət Həsənovun KİV-də yayılan ilk fotosudur.

 

Əvvəlki məqalə

Bakıda 8 yaşlı məktəbli intihar edib

Sonrakı məqalə

Nazarbayevin kiçik qızı vəzifəsindən istefa verib