Bakıda 8 yaşlı məktəbli intihar edib

Suicide rope loop. Suicide noose concept

Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəbli intihar edib.

Azpost.info “Qafqazinfo”ya istinadən bildirir ki, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, 8 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

R.N-in anası hadisədən əvvəl oğlunun sinif yoldaşının məktəbdə onu incitdiyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və 8 yaşlı övladının özünü asdığını görüb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı saytımıza təsdiqləyiblər. Bildirilib ki, hadisə ilə bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Əvvəlki məqalə

Prezidentin imzaladığı konseptual sənədlərin layihələrini kim gecikdirir?

Sonrakı məqalə

General Hikmət Həsənovun Hərbi Akademiyada işlədiyi məlum oldu –