General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb –RƏSMİ

Sabiq korpus komandiri, general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sabiq birlik komandiri general-mayor Hikmət Həsənovun ötən il noyabın 20-də tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı elə həmin gün Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci ( milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlayıb –

Sonrakı məqalə

Qocaman aktyor, əməkdar artist Məcnun Hacıbəyov vəfat edib