General Patruşev Şəhidlər Xiyabanına gəldi –Əklil qoydu, baş əydi  

Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 4-də Fəxri xiyabana gələrək mərhum prezident Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Azpost.info xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanına gedən nümayəndə heyəti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Mobil telefonu saz saxlamaq üçün nələri bilmək lazımdır? –

Sonrakı məqalə

260 min müəllimin maaşı artırılıb –