General Yaşar Əliyev Prezident Administrasiyasında vəzifəyə təyin edilib

15 May 2020 - 22:06
Polis general – mayoru Yaşar Əliyevə yüksək vəzifə verilib.
Y. Əliyevə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsində vəzifə verilib.
Bu təyinata qədər Y. Əliyev Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi vəzifəsində işləyib.
Qeyd edək ki, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyevdir. (Unikal.org)