Gömrük Komitəsinin rəhbəri “Qırmızı Körpü”yə getdi –"TIR" sürücüləri ilə görüşdü

????????????????????????????????????

Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Gürcüstanla sərhəddə yerləşən Ticarətin Asanlaşdırılması Mərkəzində (TAM) və Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, Ş. Bağırov Ticarətin Asanalaşdırılması Mərkəzində gömrük əməliyyatlarının və tətbiq olunan digər xidmətlərin icrası proseslərini izləyib, işlərin daha da intensivləşdirilməsi, yubadılmalara yol verilməməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı tapşırıqlar verib, yük nəqliyyat vasitələrinin sürücüləri ilə görüşərək onların fikir və rəylərini dinləyib.

Daha sonra “Qırmızı Körpü” gömrük postunda mövcud infrastrukturun vəziyyəti ilə tanış olan Ş. Bağırov sərhədkeçmə proseslərinin sürətləndirilməsi, gömrük əməliyyatlarının daha da asanlaşdırılması və təkmilləşdirilməsi, gömrük nəzarətinin səmərəliliyinin artırılması, xüsusilə beynəlxlaq tranzitin sürətləndirilməsinə dəstək verən tədbirlərin həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyyələrini verib.

Əvvəlki məqalə

SSRİ vətəndaşı olan azərbaycanlı hacılar –

Sonrakı məqalə

“Ukrayna 10 aya qələbə qazanacaq” –