Gömrük Komitəsinin yeni rəhbəri bütün rəis heyətini topladı –Necə işləyəcəkləri barədə göstəriş verdi

Gömrük  sahəsinin müxtəlif istiqamətlərinə cavabdeh olan baş idarə rəisləri, müstəqil idarə, şöbələrin rəhbərlərinin və Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun iştiraki ilə iyulun 25-də Dövlət Gömrük Komitəsində işçi görüş keçirilib.

Azpost.info bildirir ki, bu barədə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Görüşdə gömrük xidməti general-leytenantı Şahin Bağırov tərəfindən Azərbaycan Respublikası Prezidentinin tapşırıq və göstərişlərinə uyğun olaraq müasir tələblərə cavab verən gömrük xidmətinin yaradılması, şəffaflıq, rasional gömrük prosedurlarının tətbiqi, məmnunluq səviyyəsinin artırılması və ölkəmiz üçün ən vacib əhəmiyyət kəsb edən inkişaf istiqaməti üzrə gömrük xidmətinə aid zəruri işlərin görülməsi tapşırığı diqqətə çatdırılıb və bu prinsiplər əsasında əsas strateji hədəflərin müəyyən  edilməsinə göstəriş verilib.

Günün tələblərinə cavab verməyən  mövcud vəziyyətin  ən qısa zamanda dəyişməsi, müasir çağırışlar əsasında  gömrük xidmətinin inkişafı üçün işə yanaşma tərzinin dəyişməsi, fəaliyyətin planlaşdırılması zamanı analitik təhlillər aparılmaqla və ehtiyaclar öyrənilməklə prioritetlərin müəyyənləşdirilməsi müzakirə edilib.

Həmçinin kadr siyasətini təkmilləşdirməklə yalnız  bilik və təcrübəsi olan kadrlara inkişaf kariyerası mühitinin yaradılması, etik davranışlara hərtərəfli riayət edilməsi,  gömrük işində istifadə olunan proqram təminatlarının  rahat və əlçatanlığının təmin olunması, bütün nəzarət üsullarının və rəsmiləşdirilmə prosesinin  elektron  əsaslarla reallaşdırılması,  işgüzar biznes mühitinin yaradılması üçün tədbirlərin həyata keçirilməsi üzrə konkret tapşırıqlar verilib.

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.