“Google və “Apple” interneti zəbt edib…”-İlon Maskdan etiraz

İlon Mask Apple və Google-nin internetn böyük hissəsinə nəzarət etməsinə etirazını bildirib. 
Azpost.info bildirir ki, milyarder bu barədə Tvitterdə yazıb.
İstifadəçilərdən biri yazıb ki, Microsoft, Apple, Google və Amazon-un qeyri-məhdud hakimiyyəti startapların adekvat sistemini qurmağa mane olur.
“Bu real problemdir. Apple və Google öz maqazin əlavələri ilə faktik olaraq  internetin böyük hissəsinə nəzarət edir”-deyə Mask bu statusa yazdığı şərhdə bildirib.
Milyarder həmçinin şikayətlənib ki, Apple Tvitterdə öz reklamını əhəmiyyətli dərəcədə ixtisar edib.
Mask hesab edir ki, bu şirkət Amerikada söz azadlığına nifrət edir. Bundan sonra Apple onu əlavələrini Tvitterdən çıxaracağı ilə hədələyib. Mask cavabında alternativ smartfon işləyib hazılayacağını bildirib.
Azpost.info
Əvvəlki məqalə

Quldurlar Bakıda evə basqın edib ev sahibini və oğlunu öldürdülər-

Sonrakı məqalə

Vasif Talıbovun qardaşının saxlanılması barədə məlumat təkzib olunub