Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

“Google”da heç vaxt axtarılmamalı söz – Sistemləri sıradan çıxarır

Orkhan Ali 27 İyul 2025 - 14:26 (Last updated: 27 İyul 2025 - 11:37)
Google

Google

“Google”da “Benqal pişiyinə sahib olmağın qanuni olub-olmaması” üçün axtarış edən istifadəçilər kiberhücumun hədəfinə çevrilib.

AzPost xəbər verir ki, kibertəhlükəsizlik firması “SOPHOS” hadisə ilə bağlı təcili xəbərdarlıq edib. Bildirilib ki, xüsusilə Avstraliyada bu ifadələrlə axtarış etməkdən çəkinmək lazımdır. Qeyd olunub ki, sözügedən ifadəni axtaran istifadəçilərin şəxsi məlumatları axtarış nəticələrinin yuxarı hissəsindəki saxta linklərə klikləməklə oğurlanıb.

“SOPHOS” öz açıqlamasında istifadəçilərə bu sözləri axtarış sistemlərində yazmamaları ilə bağlı xəbərdarlıq edib və ciddi risklər olduğunu bildirib. HÜCUM MEXANİZMASI “SOPHOS”a görə, bu hücum çox vaxt “SEO zəhərlənməsi” adlı üsulla həyata keçirilir. Bu taktika ilə hücum edənlər nəzarət etdikləri zərərli saytları “Google” kimi axtarış sistemlərinin nəticələrinin yuxarı hissəsinə çıxarırlar.

Bu zaman isə aşağıdakı hallar baş verir:

– Zərərsiz görünən bu linklərə klikləməklə, istifadəçilər, – Zərərli Reklam Proqramına yönləndirmə, – Etibarlı görünən, lakin aldadıcı marketinq səhifələrinə daxil olmaq, – Axtarış nəticələrində gizlənmiş zərərli linklərə məruz qalırsınız. İSTİFADƏÇİLƏR ÜÇÜN TÖVSİYƏLƏR “SOPHOS” istifadəçilərin kiberhücum təhlükəsinə qarşı təhlükəsizliyini təmin etmək üçün aşağıdakı tövsiyələri verib: – Parollarınızı dəyişdirin: Zərərli linklərə kliklədiyinizi düşünürsünüzsə, bütün hesab parollarınızı dərhal dəyişdirin. – Antivirus Proqramından istifadə edin: Müasir təhlükəsizlik proqramı zərərli proqramları aşkarlaya və cihazınızı qoruya bilər. – Linklərin Etibarlılığını Yoxlayın: Kliklədiyiniz linklərin URL-lərini diqqətlə nəzərdən keçirin. Etibarsız əlaqələrdən çəkinin. – Rəsmi mənbələrə müraciət edin: Axtarış motorlarının nəticələrinə deyil, bilavasitə tanınmış və etibarlı vebsaytlara daxil olun. – Brauzer Tarixçənizi Təmizləyin: Potensial təhlükəli keçidlərə daxil olmusunuzsa, brauzerinizin tarixçəsini və keşini silin.

Bu hadisə kiber təhdidlərin nə qədər hədəfə yönəlmiş ola biləcəyini bir daha göstərir. Kiberhücumçular məşhur mövzulardan istifadə edərək insanları çaşdırmağa cəhd edə bilərlər. Ekzotik heyvanlar kimi xüsusilə maraqlı və çox axtarılan mövzular kibercinayətkarlar üçün fürsətə çevrilə bilər. İstifadəçiləri bu cür təhdidlərdən qorumağın ən təsirli yollarından biri internet təhlükəsizliyindən xəbərdar olmaq, saxta saytlardan uzaq durmaq və məlumat əldə edərkən diqqətli olmaqdır. / Valyuta.az

AzPost.az

Post navigation

Previous: İlk kompleks zəhərlər insanlar tərəfindən nə vaxt yaradılıb?
Next: Genetik silahlar bütün mövcud növlərdən daha dəhşətli ola bilər

Oxşar xəbərlər

qulaq
  • Maraqlı

Külək əsəndə qulaq və baş ağrıyırsa, səbəb nə ola bilər? – Həkimdən xəbərdarlıq

User 16 Noyabr 2026 - 22:50
Duş
  • Maraqlı

İsti duş təzyiqi qəfil sala bilər – Kimlər ehtiyatlı olmalıdır?

User 16 Noyabr 2026 - 22:40
park usaqlar
  • Maraqlı

Uşaqların psixoloji sağlamlığı üçün vacib məkan – Parkların gözlənilməz faydası

User 16 Noyabr 2026 - 21:46

xƏBƏR

zelenski
  • Dünya

Ukrayna, ABŞ və Avropa Berlin görüşünə hazırlaşır

User 16 Noyabr 2026 - 23:33
Bu gün Ukrayna, ABŞ və Avropanın danışıqlar qrupları arasında növbəti müzakirə keçirilib. Bu barədə Ukrayna Prezidenti Volodimir...
Read more about Ukrayna, ABŞ və Avropa Berlin görüşünə hazırlaşır
ABŞ Avropada terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi abs ordu
  • Dünya

ABŞ Avropada terror təhlükəsi ilə bağlı xəbərdarlıq etdi

User 16 Noyabr 2026 - 23:23
Külək əsəndə qulaq və baş ağrıyırsa, səbəb nə ola bilər? – Həkimdən xəbərdarlıq qulaq
  • Maraqlı

Külək əsəndə qulaq və baş ağrıyırsa, səbəb nə ola bilər? – Həkimdən xəbərdarlıq

User 16 Noyabr 2026 - 22:50
İsti duş təzyiqi qəfil sala bilər – Kimlər ehtiyatlı olmalıdır? Duş
  • Maraqlı

İsti duş təzyiqi qəfil sala bilər – Kimlər ehtiyatlı olmalıdır?

User 16 Noyabr 2026 - 22:40
MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq Milliön
  • Sosial

MilliÖn-dən 500 manatdan çox ödəniş edənlər üçün -Şəxsiyyət təsdiqi tələb olunacaq

User 16 Noyabr 2026 - 22:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.