Goranboy sakininə atəş açan 2 nəfər tutulub- DİN

Avqustun 26-da Goranboy rayonunun Todan kənd sakini S. Əliyev DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək Erkəc kəndi ərazisində tanımadığı 2 nəfər şəxsin ona ov tüfəngindən atəş açması barədə məlumat verib.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, müraciətlə əlaqədar Xocalı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb.

Araşdırmalar zamanı məlum olub ki, S. Əliyev yaşadığı evə qayıdan zaman yol kənarında olan günəbaxan sahəsinə daxil olaraq günəbaxan yığıb, bu zaman sahənin sahibləri Zaur Nağıyev və Şahin Mərdənov ondan sahədən çıxmasını tələb etdiyinə görə aralında mübahisə yaranıb.

S. liyev sahədən çıxmadığına görə Z.Nağıyev özünə məxsus 12 kalibrli, müvafiq sənədləri olan ov tüfəngi ilə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb, Z. Nağıyevin atəş açdığı və digər bir ov silahı aşkar edilərək götürülüb.

Əvvəlki məqalə

Blinken, fon der Lyayen, Bayraktar…

Sonrakı məqalə

İran Ermənistana yeni elektrik ötürücü xəttini işə salıb