Göyçayda traktor velosipedçini vuraraq öldürüb

Göyçayda traktor velosipedçini vuraraq öldürüb.

Hadisə rayonun Ucar Göyçay yolu istiqamətində olub. İlkin məlumata əsasən, velosipedçi hadisə yerində vəfat edib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, iyulun 12-də saat 17 radələrində Ucar-Göyçay avtomobil yolunun Göyçay rayonunun Xəlitli kəndi ərazisindən keçən hissəsində Mürşüd İsmayılov idarə etdiyi traktorla velosipedçi, 1963-cü il təvəllüdlü Soltanov Azad Məhəmmədəli oğlunu vurub. A.Soltanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Araşdırma aparılır(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.