Güclü yağışdan sonra paytaxtın bəzi küçələrində kanalizasiyalar daşıb

Bu gün gecə saatlarından Bakı şəhərinə yağan güclü yağış şəhərin mərkəzi küçə və prospektlərində hərəkəti çətinləşdirib.

Bəzi ərazilərdə isə kanalizasiyalar daşıb.

Məsələ ilə bağlı “Azərsu” dan Trend-ə bildiriblər ki, intensiv yağıntı nəticəsində ir neçə paytaxtın bir neçə hissəsində qısamüddətli su yığılması müşahidə olunub və qısa müddətdə sular çəkilib.

“Hazırda sistemlər normal qaydada işləyir”, – deyə qurumdan bildirilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.