Güləş Federasiyasına yeni baş katib təyin olunub

Azərbaycan Güləş Federasiyasında baş katib təyinatı olub.

 Azpost.info federasiyanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu vəzifəyə Nəsimi Musayev təyin olunub. O, yeni vəzifədə Orxan Məmmədovu əvəzləyib.

Qeyd edək ki, N.Musayev son 4 ildə Azərbaycan Badminton Federasiyasının baş katibi vəzifəsində çalışıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.