Günay Məmmədzadə Polşada şahmat festivalının qalibi olub

Millimizin şahmatçısı beynəlxalq qrossmeyster Günay Məmmədzadə Polşada ölkənin mərhum prezidenti Lex Kaçinskinin xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat festivalında uğurla çıxış edib.

Dünyanın reytinqli qadın şahmatçılarından olan – Mariya Muzıçuk (Ukrayna), Antoaneta Stefanova (Bolqarıstan), Dinara Sadaukassova (Qazaxıstan), İrina Bulmaga (Rumıniya), Alina Kaşlinskaya, Karina Cyfka, Monika Soçko, Oliva Kiolbasa və Joanna Majdanın (Polşa) iştirak etdiyi turnirdə şahmatçımız birinci yeri tutub.

Yarış dairəvi sistem üzrə keçirilib.

Əvvəlki məqalə

Magistraturaya ixtisas seçimi başa çatıb

Sonrakı məqalə

Ukraynanın 22 milyon ton taxılı bloklanıb –