Günəşdə təhlükəli plazma partlayışı olub –Yerə doğru gəlmə təhlükəsi yaranıb

Günəşdə mürəkkəb və çox sürətli (partlayış səviyyəsində) plazma atılması baş verib. Bu da ulduzun qərb yarımkürəsində bir neçə aktiv bölgəyə bir anda təsir edib.

AzPost bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Astronomiya laboratoriyasından bildirilib.

Ümumilikdə hadisə diametri təxminən yarım milyon kilometr olan ərazini (görünən günəş diskinin üçdə biri) əhatə edib. Plazma tam olaraq planetlərin müstəvisində atılıb.

Partlayşın əhatə etdiyi bəzi ikinci dərəcəli mərkəzlər Günəş-Yer xəttinə təhlükəli dərəcədə yaxındır. Günəşə yaxın məkanda aparılan müşahidələrə görə, bəzi maddələrin və maqnit sahələrinin Yerə doğru gəlməsinin əlamətləri var.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.