Gürcüstan Çindən 500 min doza “Sinopharm” vaksini alır

16 May 2021 - 09:14

Gürcüstan növbəti dəfə yeni növ koronavirus (COVİD-19) infeksiyası əleyhinə 100 min doza ‘’Sinopharm” vaksinini pulsuz əldə edəcək.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə ki, vaksini Gürcüstana Beynəlxalq Qızıl Xaç Komitəsi bağışlayacaq. A. Qamkrelidze əlavə edib ki, Gürcüstan Xarici İşlər Nazirliyinin Çindəki səfirliyi vasitəsi ilə istehsalçı şirkətlə apardığı danışıqlar nəticəsində “Sinopharm” vaksininin əlavə 500 min dozasının satın alınması ilə bağlı razılıq da əldə olunub. Vaksinlərin Gürcüstana iyunun ikinci yarısında çatdırılması planlaşdırılır.

Qeyd edək ki, Gürcüstanda yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiyaya martın 15-də başlanılıb. Mayın 4-dən qonşu ölkədə Çin istehsalı “Sinopham”vaksininin tətbiq edilir. Qarşıdakı həftədən isə “Sinovac” vaksininin tətbiqi planlaşdırılır. (APA)