“Gürcüstan hökuməti öz kursunu dəyişməlidir” –ABŞ Dövlət Departamenti

ABŞ Dövlət Departamenti hesab edir ki, Gürcüstan hökuməti öz kursunu dəyişməlidir.

Bunu qurumun mətbuat katibinin müavini Vedant Patel keçirdiyi brifinqdə deyib.

“Biz Gürcüstanla 30 ildən çoxdur mövcud olan münasibətlərimizi və tərəfdaşlığımızı yüksək qiymətləndiririk və bu əməkdaşlığı dərinləşdirmək istəyirik. Əməkdaşlıq üçün hələ də vaxt var. Lakin bizim fikrimizcə Gürcüstan hökuməti hazırkı kursunu dəyişməlidir”, – Patel deyib.

Vedant Patel qeyd edib ki, Gürcüstan hökuməti konstitusiyada da göstərildiyi kimi Aİ-yə və NATO-ya üzv olmaq istədiyini bəyan edib, lakin “xarici təsir” qanunu kimi məsələlər bu hədəflərə uyğun gəlmir.

Əvvəlki məqalə

Lənkəranda meyiti tapılan 22 yaşlı gənc qızla bağlı yeni detallar

Sonrakı məqalə

Bu günə olan valyuta məzənnələri