Gürcüstan nüvə müharibəsi ehtimalına qarşı ətraflı plan hazırlayıb- AÇIQLAMA

Gürcüstan hakimiyyəti regionda nüvə müharibəsi baş verməsi ehtimalına qarşı ətraflı plan hazırlayıb.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili bildirib.

“Mövcud çağırışlar nüvə silahının istifadəsini istisna etmir. Mən ölkəmizi yox, bütövlükdə regionu nəzərdə tuturam”, – Liluaşvili deyib.

Onun sözlərinə görə, hazırlanmış planda Gürcüstanın hər bir departamenti üçün fəaliyyət ssenariləri nəzərdə tutulub.

Eyni zamanda Liluaşvili ölkədəki bomba sığınacaqlarının bəzilərinin istifadəyə yararsız ola biləcəyini də etiraf edib. Dediyinə görə, mövcud təhlükə ilə əlaqədar Gürcüstan həm ölkə daxilində, həm də xaricdə mülayim, praqmatik siyasət yürütməlidir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.