Gürcüstan Parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstan parlamentinin sədri Şalva Papauaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Gürcüstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Gürcüstan nümayəndə heyəti səfər çərçivəsində hökumət və parlament səviyyəsində yüksək səviyyəli görüşlər keçirəcəklər.

Bildirilib ki, nümayəndə heyətinə vitse-spiker Arçil Talakvadze, hakim “Gürcü Arzusu” partiyasının parlament fraksiyası sədrinin birinci müavini Qreta Tsitsava, həmçinin Gürcüstan parlamentinin hakim partiyadan olan azərbaycanlı deputatları Savalan Mirzəyev, Zaur Darğallı, həmçinin “Vahid Milli Hərəkat – Birləşmiş Müxalifət” blokundan Ramaz Nikolaişvili daxildir.

Əvvəlki məqalə

Məşhur mahnıların müəllifi olan şairədən bəstəkara ittiham –

Sonrakı məqalə

Ceyhun Bayramov Belçikaya işgüzar səfərə gedib