Gürcüstan parlamentinin sədri müxalifətə səsləndi:"Arqumetlərinizi istənilən siyasi formatda səsləndirə bilərsiz"

Gürcüstan parlamentinin sədri Arçil Talakvadze qanunverici orqanda təmsil olunan müxalifəti normal siyasi prosesə qayıtmağa çağırıb.

“Report”un yerli bürosu xəbər verir ki, spiker bu müraciətlə büro iclasında çıxış edib.

A.Talakvadze bildirib ki, parlament müxalifəti arqumetlərini istənilən siyasi formatda səsləndirə bilər.

Hazırda parlamentin plenar iclası keçirilir. Müxalifət və tərəfdarları qanunverici orqanın ətrafında etiraz aksiyası keçirir.

Qeyd edək ki, ötən gün parlamentdə təmsil olunan müxalif və bitərəf deputatlar qanunverici orqanın plenar iclaslarını boykot ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Riçard Yu:

Sonrakı məqalə

Son 5 ildəki intiharların statistikası