Riçard Yu:"ABŞ-ın qadağaları olmasaydı, Huawei dünyanın 1 nömrəli telefon markası idi"

ABŞ-ın sanksiyalarından əvvəl “Apple”ı keçərək dünyanın ikinci ən böyük ağıllı telefon istehsalçısı olan “Huawei”in CEO-su Riçard Yu iddialı açıqlamalar verib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“ABŞ-ın qadağaları ilə üzləşməsəydik dünyanın 1 nömrəli ağıllı telefon istehsalçısı olacaqdıq”, – deyə, o, bildirib.

“İDC” araşdırma şirkətinin məlumatına görə, bu ilin üçüncü rübündə qlobal ağıllı telefon bazarında “Samsung” payını 21,8%-ə çatdıraraq 1-ci olub.

Onu 18,6% bazar payı ilə “Huawei” və 13%-lə “Apple” şirkətləri izləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Albaniyada güclü zəlzələ:

Sonrakı məqalə

Gürcüstan parlamentinin sədri müxalifətə səsləndi: