Gürcüstanda küçəyə çıxmaq üçün SMS icazə sistemi tətbiq oluna bilər

16 Aprel 2020 - 13:50

“Gürcüstanda vətəndaşların küçəyə çıxması üçün SMS icazə sistemi tətbiq oluna bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə zərurət yaranmayanda evdən çıxmaq olmaz: “Əks halda Gürcüstan hökuməti ümumi karantin elan etməyə məcbur olacaq. Bu, o deməkdir ki, vətəndaşlar SMS göndərməklə nəzarət altında evdən çıxmalı olacaqlar. Həmin mesajda evdən çıxmağın zərurəti detallı olaraq – məqsəd və hərəkət traektoriyası göstəriləcək. Bu cür sistem digər ölkələrdə uğurla tətbiq olunur. Gürcüstanda da bu sistemin tətbiqi nəzərdən keçirilir”.