Gürcüstanda küçəyə çıxmaq üçün SMS icazə sistemi tətbiq oluna bilər

“Gürcüstanda vətəndaşların küçəyə çıxması üçün SMS icazə sistemi tətbiq oluna bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə zərurət yaranmayanda evdən çıxmaq olmaz: “Əks halda Gürcüstan hökuməti ümumi karantin elan etməyə məcbur olacaq. Bu, o deməkdir ki, vətəndaşlar SMS göndərməklə nəzarət altında evdən çıxmalı olacaqlar. Həmin mesajda evdən çıxmağın zərurəti detallı olaraq – məqsəd və hərəkət traektoriyası göstəriləcək. Bu cür sistem digər ölkələrdə uğurla tətbiq olunur. Gürcüstanda da bu sistemin tətbiqi nəzərdən keçirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Hərbi uçuş aparatlarının istismar qaydalarını pozmaya görə cərimə və cəzalar müəyyənləşir

Sonrakı məqalə

Masallıda baş verən partlayışla bağlı cinayət işi başlanıb