Hərbi uçuş aparatlarının istismar qaydalarını pozmaya görə cərimə və cəzalar müəyyənləşir

Hərbi uçuş aparatlarının istismar qaydalarını pozmaya görə cərimə və cəzalar müəyyənləşir.

APA-nın məlumatına görə, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçirilən plenar iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 617-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmasına səbəb olduqda 200 manatdan 300 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 10 gündən 20 günədək müddətə inzibati həbs tətbiq olunacaq.

Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 500 manatdan 700 manatadək məbləğdə cərimə ediləcək və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Koronavirusa ilk yoluxmuş şəxs laboratoriya əməkdaşı olub

Sonrakı məqalə

Gürcüstanda küçəyə çıxmaq üçün SMS icazə sistemi tətbiq oluna bilər