“Gürcüstanda siyasi məhbus yoxdur”- Baş nazir Qaribaşvili

Gürcüstanda 10 il əvvəl mövcud olmuş hökumətin dövründə olduğu kimi, indi bizdə siyasi məhbus yoxdur və olmayacaq.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə söyləyib.

Onun sözlərinə görə, sabiq prezident Mixail Saakaşvilinin dövründə insanlar siyasi motivlərlə vəhşicəsinə məhv ediliblər: “Mixail Saakaşvilinin dövründə insanlar siyasi motivlərlə həbs edilməyib, güllələniblər, işgəncələrə məruz qalıblar. Həmin hökumət evləri, biznesləri ələ keçirir və insanları sözün həqiqi mənasında, fiziki olaraq məhv edirdi. Bunlar artıq arxada qalıb. Biz bunu davam etdirməyəcəyik. Biz sağlam siyasi qüvvənin idarəçiləriyik”.

“İndi gürcü xalqı konkret nəticələr görür. Vizasız rejim, azad ticarət, bizdən əvvəlki hakimiyyətin dövründə xəyalına belə gətirə bilmədiyi Avropa perspektivi var”, – deyə Qaribaşvili vurğulayıb(azərtac).

Əvvəlki məqalə

Mehriban Əliyeva Avropa və dünya çempionatlarının mükafatçılarını təbrik edib

Sonrakı məqalə

Azərbaycanda GMO yem məhsullarının siyahısı hazırlanacaq