Gürcüstanda sürüşmə zonasından 2 nəfərin meyiti tapılıb

Gürcüstanın Oni munisipalitetində sürüşmə zonasından iki nəfərin meyiti tapılıb.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın İctimai Televiziyasına Gürcüstan Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, xilasedicilər fəlakət bölgəsində əməliyyat zamanı iki nəfərin meyitini çıxarıblar.

DİN-in məlumatına görə, sərhəd polisinə məxsus helikopterlərlə artıq üç uçuş həyata keçirilib və 70 nəfər təhlükəsiz zonaya təxliyə edilib. Xilasetmə işlərinin davam etdirildiyi qeyd olunub.

Qeyd edək ki, yerli KİV daha əvvəl 16 nəfərin torpaq kütləsinin altında qalması barəsində məlumat yayıb.

Əvvəlki məqalə

Salyan RMX-nin şöbə müdiri cinayət məsuliyyətinə cəlb edilib

Sonrakı məqalə

16 Azərbaycan vətəndaşı Suriyadan Vətənə qaytarılıb