Gürcüstanda zəlzələ olub

İyulun 27-də Gürcüstanın Borjomi şəhəri yaxınlığında zəlzələ qeydə alınıb.

Bu barədə Gürcüstan Milli Seysmoloji Monitorinq Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla 16:58-də Borjomi şəhərindən 12 kilometr aralıda 3,4 bal gücündə olub. Qeyd olunub ki, bu iyul ayı ərzində Gürcüstanda qeydə alınan 10-cu zəlzələdir. Ay ərzində ən güclü zəlzələ 4,2 bal gücündə olub.

Məlumat üçün qeyd edək ki, Gürcüstan orta seysmik aktiv zonadır. Sonuncu dəfə ən güclü zəlzələ 1991-ci ildə Raça və İmereti bölgələrində 7,0 bal gücündə olub. Bu zəlzələ nəticəsində 200 nəfər ölüb, 46 min ev və sosial obyekt dağılıb.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.