Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1 milyard dolları ötüb

2019-cu ildə Gürcüstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 1 057,84 milyon ABŞ dolları təşkil edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilir.

Hesabat ilində Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 8,2% olub.

2019-cu ildə Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşları arasında Türkiyə, Rusiya və Çindən sonra dördüncü yeri tutub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Lənkəranda yol qəzasında sürücü yanaraq ölüb

Sonrakı məqalə

“Türkiyə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini anır”