Gənc futbolçu oyun zamanı öldü

Rusiyada gənc futbolçu meydanda ölüb. 

Azpost.info bildirir ki, hadisə iyunun 13-də Tolyatti şəhər stadionunda baş verib. 29 yaşlı futbolçu oyun zamanı dünyasını dəyişib.

Tolyatti Futbol Liqasının “Xali-Qali” komandasının kapitanı Qleb Berezovski əvəzedici heyətə çıxdıqdan az sonra özünü pis hiss edib. Daha sonra o, qazonun üzərinə yıxılıb.

Futbolçunun ölüm səbəbi məlum deyil.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.