Həlak olmuş 103 hərbçinin şəxsiyyəti DNT yolu ilə müəyyənləşdirilir –

RƏSMİ
03 Dekabr 2020 - 14:53

Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində həlak olmuş 103 hərbi qulluqçusunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu həlak olub.