Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Hər il dünyada milyonlarla ton plastik tullantı təbiətə atılır

Orkhan Ali 21 Noyabr 2024 - 14:40 (Last updated: 21 May 2025 - 20:15)
Plastik

Plastik

Plastik tullantılar qlobal miqyasda ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərən ən böyük problemlərdən biridir. Hər il dünya üzrə milyonlarla ton plastik tullantı yaranır və onların böyük bir hissəsi düzgün idarə olunmadığı üçün təbiətə atılır. Bu, ekosistemlərin pozulmasına, dəniz və qurudakı canlıların məhv olmasına, həmçinin insan sağlamlığı üçün risklərin artmasına səbəb olur. Plastik istehsalı və tullantıların yandırılması prosesi atmosferə böyük miqdarda istixana qazlarının buraxılmasına gətirib çıxarır. Bu da qlobal istiləşməni sürətləndirir və iqlim dəyişikliyinin mənfi təsirlərini artırır.

Bu fikirləri COP29 çərçivəsində noyabrın 21-də “İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək” mövzusunda keçirilən tədbirdə ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev söyləyib.

O vurğulayıb ki, son dövrlərdə ölkəmizdə bərk məişət tullantılarının idarə olunması istiqamətində mühüm addımlar atılıb. Dövlət proqramları qəbul edilib, qanunvericilik bazası təkmilləşdirilib və müasir infrastruktur yaradılıb: “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019-2020-ci illər üçün Tədbirlər Planı” uğurla icra edilib. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi plastik tullantıların idarə olunması sahəsində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu sahədə müasir təcrübələrin ölkəmizdə tətbiqi ilə bağlı fəaliyyətlər mütəmadi icra olunub”.

“Plastik tullantıların effektiv idarə edilməsi prosesində dövlət qurumları ilə yanaşı, özəl sektor, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti də mühüm rol oynayır. Şirkətlərin korporativ sosial məsuliyyət çərçivəsində ekoloji layihələrə dəstək verməsi, istehsal proseslərində ekoloji təmiz texnologiyaların tətbiqi və tullantıların azaldılması istiqamətində addımlar atması vacibdir. Müasir dövrdə texnologiyanın sürətli inkişafı plastik tullantıların idarə olunmasında yeni imkanlar yaradır. Bu sahədə elmi tədqiqatların aparılması yeni texnologiyaların və innovativ həllərin inkişaf etdirilməsi üçün əvəzsiz rol oynayır. Əhali arasında ekoloji şüurun artırılması və plastik tullantıların azaldılması üçün maarifləndirmə və təhsil proqramları çox vacibdir. Məktəb və universitetlərdə gənc nəslin ekoloji təhsil alması gələcəkdə ekoloji problemlərə daha həssas yanaşan cəmiyyətin formalaşmasına kömək edir. Plastik tullantıların effektiv idarə edilməsi və iqlim dayanıqlığının təmin edilməsi üçün birgə səylərimiz zəruridir. COP29 tədbirindən sonrakı dövrdə əldə edəcəyimiz nəticələr iqlim dayanıqlılığı, o cümlədən tullantıların idarə olunması sahəsində mühüm irəliləyişlərə səbəb olacaq”, – deyə Rauf Hacıyev əlavə edib.

Post navigation

Previous: UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
Next: “Vaxt azdır, Bakıda yeni razılaşma əldə etməliyik”

Oxşar xəbərlər

kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23
turk azerbaycan
  • Gündəm

Azərbaycanın milli maraqları və Türkiyənin regional siyasəti:

User 17 Oktyabr 2026 - 15:00

xƏBƏR

fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58
Azərbaycanın ev sahibliyi edəcəyi FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri başa çatıb. Bu barədə FIFA...
Read more about FIFA: Azərbaycan dünya çempionatına hazırdır
BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq bvf
  • Siyasət

BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq

User 22 Oktyabr 2026 - 10:55
ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır? abs iran danisiq
  • Dünya

İran ABŞ-a 7 maddəlik plan təqdim etdi – Müharibə nə vaxt dayanır?

User 21 Oktyabr 2026 - 21:31
Ərdoğan Prezident İlham Əliyevə zəng edib ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.