Hərbi qulluqçumuz təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub –Müdafiə Nazirliyi

“Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Ordusu hərbi qulluqçusunun Füzuli rayonu istiqamətində guya mina partlaması nəticəsində həlak olması barədə məlumat yayılıb”.

Hadisə ilə bağlı Müdafiə Nazirliyindən APA-nın sorğusuna vavab olaraq bildirilib ki, Ağdam rayonu ərazisində yerləşən  hərbi hissələrdən birində xidmət keçən  hərbi qulluqçumuz Musayev Səhman Qəşəm oğlu fevralın 27-də səhər saatlarında mina partlaması nəticəsində deyil, ilkin məlumata əsasən təhlükəsizlik qaydalarının pozulması nəticəsində həlak olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

Nazirlik bir daha KİV nümayəndələrinə müraciət edərək bildirir ki, Müdafiə Nazirliyi tərəfindən rəsmi təsdiq olunmayan məlumatları ictimailəşdirməsinlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq

Sonrakı məqalə

Ölkədə indiyədək koronavirusa qarşı 273 198 nəfər vaksinasiya olunub