“Həbs olunmuş Arif Abdullayev DSX-nın zabiti deyil” –Baş Prokurorluq təkzib etdi

Bakı Hərbi Məhkəməsi tərəfindən  barəsində həbs qətimkan tədbiri seçilmiş Abdullayev Arif Cəfər oğlu şəxs Dövlət Sərhəd Xidmətinin zabiti deyil.

Azpost.info bildirir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Mətbuat xidmətinin rəhbəri Eldar Sültanovun açıqlamasında deyilir:  “Bəzi kütləvi informasiya vasitələrində “Dövlət Sərhəd Xidmətinin polkovniki” Abdullayev Arif Cəfər oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilməsi barədə reallığı əks etdirməyən məlumatlar yayılıb. Məlumat üçün bildirirəm ki, həmin şəxs Dövlət Sərhəd Xidmətinin zabiti deyil, lakin DSX-nın vəzifəli şəxslərinin qanunazidd əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaq orqanının təqdimatı əsasında qeyd edilən məhkəmə tərəfindən həbs edilmişdir.

Kütləvi informasiya vasitələrinin nümayəndələrindən həqiqətə uyğun olmayan məlumatların gələcəkdə yayılmaması məqsədilə məlumatları dərc etməzdən əvvəl informasiyanın düzgünlüyünün hüquq mühafizə orqanlarının, o cümlədən Baş Prokurorluğun Mətbuat xidməti ilə dəqiqləşdirmələri xahiş olunur.

Həmin cinayət işi üzrə yaxın vaxtlarda ictimaiyyətə ətraflı məlumat veriləcək”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ramiz Mehdiyevi Korrupsiyaya Qarşı Mübarizə Komissiyasında kim əvəz edəcək?

Sonrakı məqalə

Azərbaycanda daha 113 nəfər koronavirusa yoluxub –