Hərbi cinayətkar Qaregin Njdeyə Xocavənddə qoyulmuş abidə söküləcək –FOTO

Erməni faşizminin banilərindən biri, hərbi cinayətkar Arman Babacanyan Njdenin Xocavənddə separatçılar tərəfindən ucaldılmış abidəsi söküləcək.

“Vestnikkavkaza.ru” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Arman Babacanyan açıqlama verib. Onun sözlərinə görə, Azərbaycan hazırda Rusiya ilə Njdenin abidəsinin Xocavənd ərazisindən çıxarılması üçün danışıqlar aparır.

Ermənistan parlamentinin başqa bir suveren dövlətin ərazisində abidə qoyulması barədə müzakirə aparmaq və qərar qəbul etmək hüququ yoxdur.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov “Vestnik Kavkaz”ın müxbirinə verdiyi müsahibəsində bildirib ki, erməni millətçilərinin nasist kollaborasionisti Njdeni qəhraman donuna bürüməsi Rusiya tərəfdən olduqca sərt mövqe ilə qarşılanıb: “Rusiya faşist cinayətkarlarının təriflənməsinin qəbuledilməzliyi barədə açıq, birmənalı mövqe tutub. Rusiya Müdafiə Nazirliyi dəfələrlə Njdenin nasistlərlə fəal əməkdaşlıq etdiyi və Qırmızı Ordunun arxa cəbhəsinə göndərilmək üçün diversantlar yetişdirdiyini bildirib. Rusiya XİN isə dəfələrlə Njde kimi nasist cinayətkarların tərif edilməsinin yolverilməz olduğu barədə xəbərdarlıq etmişdi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Milli Məclisin iclası başlayıb

Sonrakı məqalə

Vətən Müharibəsi qazisi həbs edilib –