Hərbi həkimlərimiz Kahramanmaraşda 98 nəfərə yardım göstərib, 10 nəfəri əməliyyat ediblər- Müdafiə Nazirliyi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərən hərbi həkimlərimiz qardaş ölkədə ümumilikdə 10 cərrahi əməliyyat icra ediblər.

Bundan başqa, tibb personalımız baş vermiş zəlzələdən zərərçəkən 98 nəfəri müayinə edərək onlara ambulator yardım göstəriblər.

 

Əvvəlki məqalə

“Kənd təsərrüfatı neftdən daha gəlirlidir”

Sonrakı məqalə

Rusiyada pilotsuz sistemlər üzrə milli layihə işə salınacaq